Modern.az

Yumurtanın qiyməti kəskin ucuzlaşdı - 1 qəpik oldu

Yumurtanın qiyməti kəskin ucuzlaşdı - 1 qəpik oldu

İqtisadiyyat

19 İyun 2026, 11:57

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.

Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.

Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi