Rusiya və İran xarici işlər nazirliklərinin nümayəndələri Moskvada keçirilən məsləhətləşmələr zamanı Yaxın Şərqdəki siyasi-hərbi vəziyyəti müzakirə ediblər.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Rusiya XİN nümayəndələri ilə İran XİN təmsilçisi arasında Yaxın Şərq məsələləri ilə bağlı məsləhətləşmələr keçirilib.
Müzakirə İran və ABŞ arasında Yaxın Şərqdə hərbi münaqişəyə son qoymaq barədə anlaşma memorandumunun həyata keçirilməsi perspektivləri üzrə aparılıb.
Rusiya və İran xarici işlər nazirliklərinin nümayəndələri Yaxın Şərq nizamlanması kontekstində İsrail qoşunlarının Livandan tez bir zamanda çıxarılmasının vacibliyini vurğulayıblar.