Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 36 mini ötüb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin ölkənin 2026-cı ilin yanvar-may ayları üzrə iqtisadi və sosial inkişaf göstəricilərinə dair nəşrində öz əksini tapıb.
Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı il iyunun 1-dək işğaldan azad olunmuş ərazilərə 36 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Məlumata görə, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 123 nəfərə çatıb.