Xankəndi şəhərinə növbəti köç karvanı çatıb.
Modern.az xəbər verir ki, iyunun 19-da doğma yurdlarına yola salınan köç karvanı Xankəndi şəhərinə çataraq məskunlaşma prosesinə başlayıb.
Bu mərhələdə Xankəndi şəhərinə köçürülən 68 nəfərdən ibarət 18 ailəyə yeni mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.