Gürcüstanda "cinayətkar aləm" ilə bağlı olan 21 nəfər azərbaycanlı avtoritet həbs edilib.
Modern.az xəbər verir ki, Kriminal Polis İdarəsinin rəisi David Kiknadzenin sözlərinə görə, Tbilisi, Şida Kartli və Kvemo Kartlidə 21 nəfər həbs edilib. Daha 9 təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülüb, o cümlədən xaricdə yerləşən "cinayətkar boss" axtarışdadır.
Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxslər "cinayətkar qarşıdurmaları" təşkil edib və vətəndaşlardan külli miqdarda pul tələb ediblər. Prosesi Elmurad Mamedov adlı avtoritetin koordinasiya etdiyi bildirilir.
Axtarışlar zamanı telefonlar, elektronika, 62 min dollar, silah-sursat müsadirə edilib.
Saxlanılanlar 15 ilə qədər həbs cəzası ilə üzləşirlər.