2025-2026-cı tədris ilində I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 38,37 faizi 200-dən az bal toplayıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci nömrəsində yer alıb.
Məlumata görə, qəbul imtahanlarında mümkün maksimal bal 700 olub. Nəticələr 0–200, 200–300, 300–500 və 500–700 bal intervalları üzrə təhlil edilərək ənənəvi "2", "3", "4" və "5" qiymətləri ilə müqayisə olunub.
Statistikaya əsasən, abituriyentlərin 38,4 faizi şərti olaraq "2", 21,8 faizi "3", 28,4 faizi "4", 11,5 faizi isə "5" qiymətinə uyğun nəticə göstərib.
Beləliklə, imtahan iştirakçılarının təxminən üçdə biri 300 baldan aşağı nəticə əldə edib, hər on nəfərdən yalnız biri isə 500 baldan yuxarı nəticə göstərərək şərti "əla" qiymətinə uyğun göstərici nümayiş etdirib.