Modern.az

“Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda

“Xəyal belə etmədiyim bir yerdəyəm” – Demet Özdemir Bakıda

16 Noyabr 2019, 18:00

“Bu qədər məşhur olacağımı xəyal etmirdim. Amma enerjimə inanırdım. Bu da mənə özümü güclü hiss etdirdi. Xəyal belə etmədiyim bir yerdəyəm. İndi isə Bakıda olmaq, xəyaldan da ötəri bir hissdir. Bir gün bütün bunların qarşılığının olacağına əmin idim”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün paytaxtımızın qonağı olan Türkiyənin "Oskar"ı sayılan "Altın Kelebek"in builki siması, məşhur aktrisa Demet Özdemir keçirdiyi brifinqdə söyləyib.

 

Jurnalistlərin suallarını cavablandıran məşhur aktrisa Azərbaycan xanımlarının gözəlliyindən bəhs edib:

 

“Azərbaycan qızları çox gözəldir. Özgüvənlərini görmək xoş oldu. Güclü qadın görmək mənim üçün önəmlidir. Bunu sizin qadınlarda hiss etmək isə məni daha da sevindirdi”.

 

Qeyd edək ki, bu il ulduzlarımız “Altın Kelebek” mükafatlandırma gecəsində yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar. Yerli namizədlər arasında Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...