Modern.az

Sistemdən komaya düşərək ölən şagirdlə bağlı rəsmi AÇIQLAMA

Sistemdən komaya düşərək ölən şagirdlə bağlı rəsmi AÇIQLAMA

Aktual

14 Yanvar 2020, 15:43

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, 11 yanvar 2020-ci il tarixində saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib:

 

“Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12 yanvar  saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib”.

 

Rəsmi məlumata görə, faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!