2060-cı ilə qədər Rusiya əhalisinin yarısı təqaüdçü olacaq.
Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti “Credite Sussie” təşkilatının hesabatına istinadən məlumat verir.
40 ildən sonra Rusiyada əhalinin 47%-nin təqaüdçü olacağı proqnozlaşdırılır.
Maraqlıdır ki, hesabat dünyada əhalinin sürətlə yaşlandığını ortaya qoyur. 1950-c ildə dünyada yaşı 65-dən çox əhalinin sayı 7,7% idisə, 2019-cu ildə bu rəqəm 19%, 2050-ci ildə isə 27%-dən çox olacaq.
Paralel olaraq orta ömür də sürətlə artır. 1950-ci ildə 47 olan orta ömür, hazırda 72, 30 il sonra isə 77-yə çatacaq.
Ekspertlər dünya ölkələrinin gələcəkdə pensiya sistemini dəyişəcəyinə əmindir. Onların fikrincə, artan orta ömür və qocalan əhali fonunda işçi qüvvənin azalması ciddi problem olacaq.