“Könüllü DOST”lar indiki şəraitdə tənha yaşlılarımıza əsl dost dəstəyi göstərirlər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin olunması işlərində onlar nazirliyin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər.

 

DOST Agentliyinin könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər.