Arxiv
27 May 2020, 15:24 | AKTUAL
Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda - XX əsrin əvvəllərində istiqlaliyyətinə qovuşub.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməmizi zənginləşdirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

 

 

Ölkəmizin paytaxtı Bakının bolşevik rejiminin əlində olduğu üçün Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar Gürcüstanın paytaxtı Tiflis şəhərində qəbul edilib. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər.

 

 

Tiflisdə istiqlalını elan edən AXC hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Gəncə şəhəri Cümhuriyyətin müvəqqəti paytaxtı elan edildi. İyunun 17- də axşam Gəncədə Fətəli xan Xoyskinin rəhbərliyi ilə ikinci hökumət quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü Gəncədə yaşandı. 3 ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldıldı. Üzeyir Hacıbəyovun redaktorluğu ilə “Azərbaycan” qəzeti də məhz Gəncədə işıq üzü gördü. 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi adı özünə qaytarıldı. Qaryagin qəzası Cəbrayıl qəzası adlandırıldı, Ağdaşa şəhər statusu verildi, Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil edildi. Dövlətin sosial – iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı. 1918-ci il mart qırğınlarını, daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Hərbi nazirlik təsis edildi, Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar da Gəncədə atıldı. Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü, hərbi nazirlik, hərbi zavod yaradıldı.

 

Hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi. Zabit kursları təşkil olundu. 26 iyun 1918-ci ildə isə, Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında “Əlahiddə Azərbaycan korpusu” yaradıldı.

 

 

Bu gün ölkəmizin aqrar sektorunu bilikli, bacarıqlı kadrlarla təmin edən Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binası Xalq Cümhuriyyəti hökumətinin keçirdiyi iclaslara, verdiyi qərarlara şahidlik edib.

 

Beləliklə, Gəncə torpağında güc-qüvvə toplayan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il sentyabrın 17-də real bir qüvvə kimi Bakıya köçür və fəaliyyətini paytaxda davam etdirir. Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda cəmi 23 ay ömür sürməsinə baxmayaraq böyük ideyaların əsasını qoyur. Müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşayır, gələcəkdə yenidən müstəqiliyə qovuşmaq arzusu ilə çırpnır. O dövrdə atılan toxumlar öz bəhrəsini verməyə başlayır, Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevrilir.

 

Azərbaycan Xalq Cümhuriyyəti, tariximizə yazılan 23 ay... Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb” 1991-ci ildən yenidən öz müstəqilliyinə qovuşan Azərbaycanın müstəqillik tarixi 1993-cü ildən dönməz xarakter alır. Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirən, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın.

 

 

Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümummilli liderimizin layiqli varisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Müsəlman Şərqində ilk demokratik və hüquqi dövlət kimi istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi müasir Azərbaycan Respublikasının müstəqilliyi Ulu Öndər Heydər Əliyevin dediyi kimi əbədidir, daimidir, dönməzdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:13 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52  Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24 Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək 9 İyul 2020, 15:21 Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ   9 İyul 2020, 15:18 Saxta spirtli içki satışı ilə ölümə səbəb olmuş şəxslər HƏBS EDİLDİ 9 İyul 2020, 15:13 Hacıqabulda reydlər davam edir - FOTO   9 İyul 2020, 15:08 Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA 9 İyul 2020, 15:03 Koronavirusa qarşı yeni dərmanlar tapıldı 9 İyul 2020, 14:58 Müəllim olmaq arzusunda olanların nəzərinə - müsahibələr bu tarixdə keçiriləcək 9 İyul 2020, 14:52 Bakıda qəza böyük tıxaca səbəb oldu 9 İyul 2020, 14:46 Elektron Kredit Platforması iqtisadiyyata investisiya axınını sürətləndirir 9 İyul 2020, 14:40 Azərbaycan mətbuatı – 145   9 İyul 2020, 14:35 Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır 9 İyul 2020, 14:30 5 azyaşlı uşaq və hamilə qadın Dağıstandan Azərbaycana GƏTİRİLDİ 9 İyul 2020, 14:25 Polis taksi sürücülərini həbs etdi - FOTO 9 İyul 2020, 14:21 Deputat: “Çətinliklərə baxmayaraq, bütün sosial layihələr uğurla icra olunmaqdadır” 9 İyul 2020, 14:17 Kənd Təsərrüfatı Nazirliyi: DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir 9 İyul 2020, 14:13 Azərbaycan Televiziyasında daha bir YENİLİK 9 İyul 2020, 14:09 Azərbaycanda daha bir məhkəmə hakim vəfat etdi - FOTO 9 İyul 2020, 14:03