Modern.az

Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb

Aktual

2 İyun 2020, 18:01

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb.

AMEA-dan Modern.az-a bildirilib ki, abidə “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 may tarixli Sərəncamına əsasən qoyulub. Mərhum bəstəkarın ildönümü ərəfəsində ucaldılan qəbirüstü abidənin müəllifi Xalq rəssamı, akademik Ömər Eldarovdur.

Xatırladaq ki, Arif Məlikov 2019-cu il mayın 9-da vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!