Modern.az

Ukrayna PUA-ları 2-ci dəfə Moskva Neftayırma Zavodunu VURDU

Ukrayna PUA-ları 2-ci dəfə Moskva Neftayırma Zavodunu VURDU

Dünya

Bu gün, 10:31

Ukrayna pilotsuz uçuş aparatları (PUA) iyunun 18-i səhər saatlarında həftə ərzində ikinci dəfə Moskva Neftayırma Zavoduna hücum edib.

Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. O, Telegram kanalında yazıb: “Nəticələrin aradan qaldırılması üçün tədbirlər görülür”.

Merin sözlərinə görə, zərərsizləşdirilən dronların qalıqları Sadovod Market ticarət mərkəzinin ərazisinə düşərək binalardan birinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sobyaninin bildirdiyinə görə, gecə saat 04:00-dan səhər 08:00-dək davam edən hücum zamanı Moskva istiqamətində və şəhərin üzərində hava hücumundan müdafiə qüvvələri təxminən 180 Ukrayna dronunu məhv edib.

Ukrayna dronları iyunun 16-da da Moskva Neftayırma Zavoduna hücum etmişdi. Reuters agentliyinin məlumatına görə, “Qazprom” şirkətinə məxsus zavod hücumdan sonra fəaliyyətini dayandırıb. Reuters-in mənbələrindən biri müəssisənin yaxın günlərdə azaldılmış güclə yenidən işə salınmasının planlaşdırıldığını bildirmişdi.

Ukrayna dronlarının iyun ayının əvvəlindən etibarən Rusiya neft emalı zavodlarına sistemli zərbələri nəticəsində ölkədə neft emalının həcmi gündəlik 4 milyon bareldən aşağı düşərək son 21 ilin ən aşağı səviyyəsinə enib. Energy Intelligence analitiklərinin hesablamalarına görə, hazırda Rusiyanın neft emalı güclərinin təxminən üçdə biri — gündəlik 2,14 milyon barel emal gücü — fəaliyyətsiz vəziyyətdədir. Analitiklər hesab edirlər ki, Ukraynanın Rusiyanın enerji sektoruna qarşı kampaniyası ciddi ziyan vurub və ölkəni tarixinin ən ağır yanacaq böhranlarından birinə doğru aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV