Modern.az

Gənclər evlənmək istəmir - Nikahlar kəskin azaldı

Gənclər evlənmək istəmir - Nikahlar kəskin azaldı

Ölkə

18 İyun 2026, 10:11

Cari ilin ilk dörd ayı ərzində Azərbaycanda 11 min 422 nikah və 6 min 443 boşanma halı qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabatında məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 min 422 nikaha daxilolma, 6 min 443 isə boşanma halı rəsmiləşdirilib.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4-dən 3,4-ə enib. Eyni zamanda, hər 1000 nəfərə düşən boşanmaların sayı da 2,0-dan 1,9-a qədər azalıb.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə həm nikahların, həm də boşanmaların sayında azalma müşahidə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir