Modern.az

Qənirə Ataşovanın oğlu qəzaya düşdü - FOTO

Qənirə Ataşovanın oğlu qəzaya düşdü - FOTO

Hadisə

Bu gün, 10:46

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın oğlu qəzaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə tanınmış jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, oğlunun məzuniyyət mərasiminə qatılmaq üçün qayıdanda bu barədə öyrənib.

Q.Ataşova bildirib ki, oğlu Ceyhun dostu ilə birlikdə ağır avtomobil qəzası keçirib.

Avtomobili idarə edən oğlu yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən maşın idarəetmədən çıxıb və bir neçə dəfə aşıb.

Hadisə nəticəsində hər iki gənc yüngül xəsarətlə xilas olub. Avtomobil isə yararsız hala düşüb.

Qənirə Ataşovanın oğlu ABŞ-də qəzaya düşüb - FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də qəzaya düşüb - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV