Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun eks-prezident Robert Köçəryana qarşı cinayət işi başlanması ilə bağlı vəsatətini təmin edib.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Aram Orbelyan bildirib.
Vəkilin sözlərinə görə, Köçəryana qarşı irəli sürülən ittihamlar 2004–2009-cu illərdə baş verdiyi iddia olunan hadisələrlə bağlıdır - vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması.
Orbelyan qeyd edib ki, müdafiə tərəfi irəli sürülən ittihamların əsassız və yalan olduğunu bəyan edib.
Qeyd edək ki, Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku 7 iyun parlament seçkilərində 3-cü yeri tutub və 12 mandat qazanıb.