Modern.az

Yatskin: Parlament diplomatiyasının inkişafı üçün qərarlar qəbul ediləcək

Yatskin: Parlament diplomatiyasının inkişafı üçün qərarlar qəbul ediləcək

Parlament

Bu gün, 10:57

Gündəlikdə bir sıra məsələlər var. Şübhəsiz ki, bu məsələlər mühüm əhəmiyyət daşıyır. Bu mövzular uzun müddətdir gündəliyimizdə yer almırdı.

Modern.az xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini, Rusiya tərəfdən həmsədr Andrey Vladimiroviç Yatskin Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası komissiyasının 24-cü iclasında deyib. A.Yatskin bildirib ki, səhiyyə və təhsil məsələlərinə həsr olunan komissiyanın işi müsbət və konstruktiv olacaq. Qərarlar həm parlament diplomatiyasının inkişafına, həm də səhiyyə, tibbi kadr hazırlığı və təhsil sahəsində əməkdaşlığın irəliləməsinə fayda verəcək.

Onun fikrincə, parlamentarilər öz üzərlərinə düşən işi yerinə yetirməlidirlər. Bu baxımdan müntəzəm görüşlər mühüm əhəmiyyət daşıyır:

“Biz ildə iki dəfə – biri Azərbaycanda, biri Rusiyada olmaqla – komissiyanın iclaslarını keçirmək ənənəsini qoruyub saxlayırıq. Düşünürəm ki, bunu davamlı şəkildə həyata keçirən yeganə komissiyalardan biriyik. Bəzən bəzi komissiyalar ildə bir dəfə belə iclas keçirə bilmirlər. Bizdə isə bu müntəzəmlik qorunur və bu, faktdır. 2024–2026-cı illər üçün təsdiq edilmiş yol xəritəmiz mövcuddur. Həmin tədbirlərin icrasını izləyirik. Növbəti parlamentlərarası komissiya iclasını keçirərkən artıq 2027–2028-ci illər üçün yeni yol xəritəsinin hazırlanmasını nəzərdə tuturuq. Düşünürəm ki, buna indidən hazırlaşmaq və bugünkü iclası hazırlayan aparatlara müvafiq tapşırıqlar vermək lazımdır”.

O qeyd edib ki, ölkələrimizi üfüqi səviyyədə çox geniş insan əlaqələri və münasibətlər şəbəkəsi birləşdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV