Modern.az

Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi

Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi

Aktual

6 İyun 2020, 18:38

Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edilib.

Modern.az xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. 

Tədbir zamanı hündürlüyü 150-170 santimetr olan 2830 ədəd, çəkisi isə 1 tondan artıq çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü