Modern.az

Hikmət Hacıyev “Metsamor AES-i vuracağıq” bəyanatına aydınlıq gətirdi

Hikmət Hacıyev “Metsamor AES-i vuracağıq” bəyanatına aydınlıq gətirdi

21 İyul 2020, 12:18

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”.

Modern.az xəbər veri ki, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Hikmət Hacıyev deyib ki, zamanında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Bakı şəhəri və Xəzər dənizindəki neft-qaz infrastrukturlarını vuracaqlarını bildirmişdi.

 
O qeyd edib ki, Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın şəhərlərini Ağdam kimi xarabalığa çevirəcəklərini bəyan edib:

“Son təxribatlar zamanı da müxtəlif dezinformasiyalar önə buraxılıb. Azərbaycanın Metsamor AES-lə bağlı fikri rəsmi mövqeyi əks etdirmir. Azərbaycanın hər hansı kritik strateji obyektləri hədəf almaq siyasəti yoxdur. Ermənistan Metsamor məsələsini qəsdən şouya çevirib. Metsamor AES özü region üçün ciddi təhlükə doğurur, köhnə texnologiyaya əsaslanır. Metsamor AES radioaktiv maddələrin qaçaqmalçılığı üçün bir vasitəyə çevrilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı