Modern.az

Bərdədə daha 60 evə qaz verildi 

Bərdədə daha 60 evə qaz verildi 

9 Avqust 2020, 17:58

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a bildirilib ki, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb. Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb.

 

Ümumilikdə 7693 metr uzunluğunda polietilen, 6021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib.

 

Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir