Modern.az

Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi: “Müalicə olunum, sonra danışarıq”

Kəramət Böyükçöl xəstəxanaya yerləşdirildi: “Müalicə olunum, sonra danışarıq”

20 Avqust 2020, 18:11

“Haqqımda yazan, zəng edən, maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm. Var olun. Jurnalist dostlara da demək istəyirəm ki, indi müsahibə və yaxud hansısa mövzuda açıqlama verəcək halda deyiləm, ona görə də nömrəmi bağlamışam, üzürlü sayın”.

Modern.az xəbər verir ki, bu açıqlama ilə son günlər qalmaqallar yaşayan gənc yazar Kəramət Böyükçöl çıxış edib.

O, hazırda xəstəxanada müalicə olunduğunu qeyd edib:

“Müalicə olunum qurtarım, sonra danışarıq. Və jurnalistlərdən xahiş edirəm, atamı mənim yerimə danışdırmayın ki, onun dediyi sözlərdən bəzi ağzıgöyçəklər mənim əleyhimə istifadə etməsin. “Özünü necə hiss edirsən” soruşanlara deyim ki, dəhşət yorğunam, elə bil canımda əbədi bir yuxu var. “Nəyəsə ehtiyacın varmı” soruşanlara isə bildirim ki, heç nəyə ehtiyac yoxdur. Sevgilər!”.

Sizə yeni x var
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı