Modern.az

Nazirlik pensiya təyinatı ilə bağlı məlumat yaydı

Nazirlik pensiya təyinatı ilə bağlı məlumat yaydı

25 Sentyabr 2020, 09:54

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların proaktiv qaydada təyinatına başlanıb.

 

Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, e-təyinat prosesinin davamı olaraq, bu ilin yanvar-avqust aylarında 10 min 113 nəfərə (qeyd edilən dövrdə yaşa görə pensiya təyin olunanların 88 faizinə) yaşa görə pensiya elektron qaydada təyin olunub.

 

Beləliklə, yaşa görə pensiya təyinatlarının məmur-vətəndaş təması və vətəndaşların müvafiq sənədləri toplayıb aidiyyəti quruma təqdim etməsinə ehtiyac olmadan, şəffaf və operativ təyin edilməsi təmin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?