Modern.az

Şəkidə ağır yol qəzası

Şəkidə ağır yol qəzası

Aktual

24 Oktyabr 2020, 20:29

Bu gün axşam saat 19 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, rayonun Şəki kənd sakini, 1978-ci il təvəllüdlü Eldar Şükür oğlu Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 55 BN 153 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Sonra minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Qəza zamanı sürücü E.Mehdiyev hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?