Modern.az

Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd

Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd

28 Oktyabr 2020, 12:00

 

Oktyabrın 26-da Polşanın Varşava şəhərində Varşava Dövlət Universiteti Şərqi Avropa İnstitutunun təşkilatçılğı ilə onlayn formada XVI Beynəlxalq Prometey konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan 16-ya qədər tanınmış alimin iştirak etdiyi tədbirdə Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu əsas mövzusundakı çıxışından əvvəl konfrans iştirakçılarını Ermənistanın Azərbaycan ərazilərini qanunsuz olaraq işğal etməsi, Azərbaycan ordusunun əraziləri işğaldan azadetmə əməliyyatlarını uğurla aparması və ermənilərin dinc əhalimizi raketlərlə atəşə tutub qətlə yetirməsi, onların  digər terror əməlləri haqqında məlumatlandırıb.Tədbirdə professorlar Yan Maliçski(Polşa), Pavel Libera, Bayxit Sadıxova(Qazaxıstan), Valentina Piskun(Ukrayna), Martin Petruçsko, Salavat İsxakov(Rusiya), Jozef Legierski,Marek Kornat,İreneujs Marj  və digər alimlər çıxış edib.

 

Qeyd edək ki, professor Nəsiman Yaqublu Varşavada Şərqi Avropa İnstitutunun nəşr etdiyi  “Nowey Prometey” jurnalının Redaksiya heyətinin də üzvüdür.N.Yaqublunun bu jurnalda Azərbaycan mühacirəti və Azərbaycan-Polşa əlaqələri ilə bağlı tarixi elmi məqalələri də çap olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi