Arxiv
27 Yanvar 2021, 17:21 | PARLAMENT
Xocavənddə faşistə heykəl qoyanların cavabı veriləcək

Qarabağdakı Rusiya sülhməramlılarının himayəsində olan erməni terrorçuların  təxribatları davam edir. Onlar Xocavənd rayonun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Nijdeyə heykəl qoyublar.


Ermənilərin Qarabağdakı bu hərəkətini necə qiymətləndirmək olar? Terrorçular bu qıcıqlandırıcı hərəkətlə nə etmək istəyirlər?..


Milli Məclisin Qarabağdan olan deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, ermənilər islaholunmaz millətdirlər:


“Mən quldurlarla, yaramazlarla bağlı fikirlərimi dəfələrlə ifadə etmişəm. Belə bir misal çəkim: görürsən ki, ailədə uşaqlardan biri nadinc olur. Həmin uşaqla valideynləri, uşaq bağçasında və məktəbdə müəllimləri məşğul olub onu tərbiyə edirlər. Nadinc uşaq tədricən düzəlir, pis hərəkətlərini unudur.
Cəmiyyətdə də müəyyən cinayətlər törətmiş insanlar olar. Onlar törətdiyi cinayətə görə həbs olunurlar. Həbsdə məhkum olduğu zaman düzgün yola qayıdır və bir daha cinayətə əl atmır.
Lakin elələri də var ki, onlar islaholunmazdırlar. Ermənilərə millət demək də günahdır, çünki onların kökləri belə məlum deyil. Ermənilər başlarına gələn müsibətdən nəticə çıxarmırlar. Belələrinin quyruğunu tapdalayıb, başını sağ qoymaq olmaz”.

 


E.Məmmədov qeyd edib ki, ermənilər İkinci Qarabağ savaşında 10 min nəfərə qədər itki, elə bu qədər də yaralı verdilər. Hələ də döyüş bölgəsindən onların meyitləri tapılır:

“Bəziləri elə fikirləşirlər ki, 44 günlük müharibədə ermənilər bizim gücümüzü gördülər, ağır zərbələr aldılar və bu, onlara dərs oldu. Lakin mən elə düşünmürəm. Onlar yenə də fürsət axtarırlar ki, kimlərinsə əli ilə Qarabağda qanlı hadisələr  törətsinlər. Bütün təxribatlarının cavabı qəti şəkildə, güzəştə gedilmədən verilməlidir. Hətta kökü kəsilməlidir. Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarındadırlar, silahlı qruplaşmaları, quldur dəstələri Qarabağda mövcuddur,  onlar ağıllarına gələni edəcəklər.
Azərbaycan rəsmən etiraz etsə belə, erməni rəsmiləri Qarabağa hələ də gəlib-gedirlər. Onlara etiraz təsir etmir. Quldurun, faşistinin heykəlini gətirib, Xocavəndin mərkəzində qoyublar. Bu Azərbaycana yenidən meydan oxumaqdır. “Yəni biz öz bildiyimizi edirik, bura bizimdir, nə istəsək edə bilərik”. Mən hesab edirəm ki, yaxın vaxtlarda həmin heykəl və o heykəli ora qoyanlar da öz cəzalarını alacaqlar. Azərbaycan əsgəri onların cavabını verəcək”.


Deputat bildirib ki, işğaldan azad olunan rayonlarımızda Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixini əks etdirən mədəniyyət ocaqları, məscidlər yüksək səviyyədə bərpa edilməlidir:


“Azərbaycanın görkəmli şəxsiyyətlərinə, vətən uğrunda canını fəda edən igidlərimizin adına küçələr, abidələr, xatirə kompleksləri hazırlanmalıdır. Məscidlərimizin əksəriyyətinin inşası sovet dövründən əvvələ təsadüf edib. Cənab prezident Şuşa, Ağdam, Zəngilan və Füzulidəki dağıdılmış məscidlərdə olarkən dedi ki, onlar İslam dəyərlərinə uyğun ən yüksək səviyyədə tikilcək, bərpa ediləcək.
Biz elə etməliyik ki, ermənilər Qarabağın hər yerində islam mədəniyyətini, Azərbaycan tarixini əks etdirən abidələri, abad yaşayış məntəqələrimizi görsünlər. Bərpa işləri aparıldıqdan sonra həmin ərazilərin əvvəlki halında olan fotoşəkilləri lövhələrə vurulmalıdı. Bu ona görə ediləcək ki, dünya erməni vəhşiliyini görsün və bilsinlər ki, onlar ərazilərimizi nə günə qoyublar”.

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kremldən Paşinyanın “İsgəndər” açıqlamasına REAKSİYA 1 mart 2021, 14:13 27 ölkə Rusiyaya qarşı sanksiya HAZIRLAYIR 1 mart 2021, 14:05 Uca zirvələr kənardan daha yaxşı görünür 1 mart 2021, 14:01 Estoniyalı yazıçı Xocalı soyqırımından bəhs edib 1 mart 2021, 13:57 Təhlükəsizlik Şurası Sarkisyana SƏSLƏNDİ 1 mart 2021, 13:53 Kişi arvadını boğaraq öldürdü 1 mart 2021, 13:47 Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ 1 mart 2021, 13:41 Səttar Möhbalıyev: “Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur” 1 mart 2021, 13:35 Yerdə maqnit qasırğası başladı 1 mart 2021, 13:30 “Suraxanı” gəmi-muzeyinin açılışı oldu - FOTOLAR 1 mart 2021, 13:24 Prezident və birinci xanım Bakı gəmiqayırma zavodundakı mərasimlərdə... 1 mart 2021, 13:20 Prezident yeni inzibati binanın açılışını etdi 1 mart 2021, 13:17 Xarici jurnalistlərin Azərbaycanla bağlı təəssüratları - VİDEO 1 mart 2021, 13:14 Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi 1 mart 2021, 13:12 Etirazçılar Yerevanda hökumət binasına daxil oldu 1 mart 2021, 13:11 Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44