Modern.az

Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR

Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR

28 Yanvar 2021, 15:17

 

Son günlər AMEA-nın Dilçilik institutundakı “Qaynar xətt”in fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar yayılıb.

 

Modern.az məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə əlaqə sxalayıb.

 

O, bildirib ki, dilçilik instutu elmi idarədir, elmi idarənin bürokratik dil qüsurlarını həll etmək üçün imkanları məhduddur.

 

"Dil qurumunun Nazirlər Kabinetinin yanında və yaxud Dil Komisiyasının işçi qrupu varsa orada olması daha yaxşı ola bilər. Dil məsələlərində dil instutunun akademik araşdırmaları, xalqla olan əlaqələri genişləndirilməlidir. Dilçilik instutunda "Qaynar Xətt"-in olub olmaması praktiki cəhətdən dilimizin qorunmasına ciddi təsir göstərə bilməz."Qaynar Xətt"-ə ehtiyac var, amma bu daha çox təsir mexanizmi olan idarələrdə olmalıdır. Məsələn Nazirlər Kabineti".

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, “Qaynar xətt”in fəaliyyətinin dayandırılmasında adı hallandırılan İsa Həbibbəyli isə qeyd edib ki, bəzi həmkarları hava haqqında məlumat olan zaman belə onun adıma yönləndirirlər. “Onu deyə bilərəm ki, görülən hər işin konkret səbəbi və onun üçün məsuliyyət daşıyan adamı var. Mən də dünən axşam məlumatı saytlardan oxumuşam, "Qaynar Xətt"-in işləməməsi haqqında heç bir məlumatım olmayıb. Bu gün səhər maraqlandım və bildim ki, otağın yerinin dəyişməsi ilə əlaqədar olaraq orada texniki işlər aparılırdı.

 

Yarım saat əvvəl mənimlə əlaqə saxladılar və bildirdilər ki, artıq quraşdırma işləri başa çatıb və "Qaynar Xətt" fəaliyyətini davam etdirəcək.

 

Sadəcə onu deyə bilərəm ki,  "Qaynar Xətt" pandemiya dövründə yaxşı fəaliyyət göstərə bilməyib. Başqa heç bir problem yoxdur”.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?