Modern.az

Tahir Kərimli feministləri “üzdəniraq” adlandırdı

Tahir Kərimli feministləri “üzdəniraq” adlandırdı

9 Mart 2021, 13:43

Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli İstanbul Konvensiyasının yolverilməz olduğunu bildirib. 


Modern.az xəbər verir ki, T.Kərimli Azərbaycanda İstanbul Konvensiyasının tərəfdarı olan feministləri “üzdəniraq” adlandırıb:

"İstanbul Konvensiyasına uyğun yeni Ailə Məcəlləsinin qəbul edilməsi ilə bağlı bizə təkliflər verilir, BMT Azərbaycana ultimatumlar göndərir, bunu qəbul etmirəm. Rusiya da bu təklifləri qəbul etmir. Bəs nə üçün Avropa Şurası, BMT bu məsələdə bizə təkid edir? Nə üçün Azərbaycanda feministlər Sinqapur modelini götürmürlər, ancaq Qərb dəyərlərini götürürlər? Çünki onlar bizim ailə dəyərlərimizi məhv etmək istəyirlər. İstanbul Konvensiyasına uyğun olaraq, Azərbaycanda Ailə Məcəlləsinə dəyişik edilməsi yolverilməzdir. Dini qurumlara çağırış edirəm, Azərbaycanda ailə dəyərlərini qorumaq üçün lazımı işləri görsünlər. Bunun qarşısında duruş gətirmək lazımdır. Üzdəniraq feministlərin tələblərini yerinə yetirmək mümkün deyil. İstanbul Konvensiyasını ilk olaraq Türkiyə qəbul edib. Nə dəyişdi? Türkiyədə zorakılıqmı aradan qalxdı? Biz bu cür qanunlarla Ailə Məcəlləsinə dəyişiklik edə bilmərik. Bu, yolverilməzdir. Ailənin birinci müqəddəs vəzifəsi nəslin artırılmasıdır

İstanbul Konvensiyası qadın və kişiyə sosial varlıq kimi baxır. Bu isə yanlışdır. Onda belə çıxır ki, iki kişi bir-birilə evlənə bilər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu