Modern.az

Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ

Koçaryan Paşinyanı MƏHKƏMƏYƏ VERDİ

Dünya

8 Aprel 2021, 14:33

Ermənistanın eks-prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə şikayəti “Koçaryanın ədalətli məhkəmə prosesinin keçirilməsi hüququnun pozulması” (günahsızlıq prezumpsiyası) və “Paşinyanın ona qarşı ictimaiyyət önündə səsləndirdiyi ifadələrin təkzib olunması”na (böhtan) aiddir.

 

Koçaryanın hər 2 şikayət ərizəsi məhkəmə tərəfindən nəzarətə götürülüb. Eks-prezident hər maddə üzrə ayrılıqda 2 milyon dram kompensasiya tələb edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir