Arxiv
8 May 2021, 10:49 | AKTUAL
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl məkanlarından birinə çevriləcək

8 may 1992-ci il tarixi uzun illər ərzində milli yaddaşımızda Şuşanın işğalı günü kimi qaldı. Bu tarixdə Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən Azərbaycanın dilbər guşəsi və unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri işğal edildi. Şuşa əhalisi şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq və fədakarcasına iştirak etmiş, yerli əhalidən 195 nəfəri şəhid olmuş, 165-dən çoxu yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdü. İşğalçı Ermənistanın vandalizm aktları nəticəsində yüzlərlə muzey talan edilmiş, tarix-mədəniyyət abidəsi dağıdılmış, müqəddəs məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, təhsil və səhiyyə ocaqları xarabalığa çevrilmişdi. 

 

Faşizm ideologiyasından qidalanan erməni vandalizmi

 

Mənfur düşmən Şuşanın işğalını məhz bu tarixə planlaşdırması heç də təsadüfi deyildi. Bu, terror dövləti olan Ermənistanın faşizm ideologiyasından qidalanmasından irəli gəlirdi. Onların məkrli planı Azərbaycanın mədəniyyət beşiyi olan şəhərin məhz 9 may – dünyanın faşizm üzərində qələbənin qeyd etdiyi günə təsadüf etməsi idi. 

 

Sirr deyil ki, II Dünya müharibəsi zamanı faşizm üzərində qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının qəhrəman oğullarının fədakarlığı sayəsində əldə edilib. Eyni zamanda, qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, Böyük Vətən müharibəsi illərində III Reyxlə əməkdaşlıq edən, erməni xalqının “milli qəhrəman”ı hesab edilən hitlerçi Ter-Arutyunyan (Qaregin Njde) faşist ordusunun tərkibində xüsusi amansızlıqla digər xalqlara, o cümlədən azərbaycanlılara qarşı vuruşub. Faşizm ideologiyasına xidmət edən Qaregin Njdenin qəhrəmanlaşdırılması, Yerevanda onun abidəsinin ucaldılması və bu günə qədər həmin heykəlin mövcudluğu təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də faşizmdən əziyyət çəkmiş bütün xalqlara açıq şəkildə hörmətsizlik, tərəqqipərvər bəşəriyyətə qarşı aşkar sayğısızlıqdır.

 

Beləliklə, Şuşanın işğalının arxasında məhz erməni faşizminin izləri aydın görünürdü.

 

Möhtəşəm  zəfər yürüşü: “Əziz Şuşa, sən azadsan!”

 

Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti xalqımızın milli həmrəylik və güc simvolu olan “Dəmir yumruq”la erməni faşizminin başını əzdi, təcavüzkarları sərt cəzalandırdı.  Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər yürüşü edərək işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşa şəhərini azad etdi. 

 

Noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə qətiyyətlə və fəxarətlə bəyan etdi. 28 ildən artıq müddətdə əsarət altında qalan Şuşanın azad olunması, hər şeydən əvvəl, xalqımızın milli qürurunun bərpası idi. 

 

Şuşa tarixi şöhrətini bərpa edəcək

 

Beləliklə, Şuşanın tarixi kimliyi özünə qaytarıldı, bu qədim və əzəli yurdumuz Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. “Şərqin konservatoriyası” adlandırılan Şuşa “Xarı bülbül” muğam festivalına və “Vaqif” Poeziya günlərinə ev sahibliyi edəcək, tarixi şöhrətini yenidən özünə qaytaracaq. Tarixi binalar, yaşayış məntəqələri, abidələr təmir-bərpa olunacaq. 

 

Şübhə yoxdur ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında və nəzarəti altında aparılan abadlıq-quruculuq işləri nəticəsində doğma Şuşamız dünyanın ən gözəl və unikal məkanlarından birinə çevriləcək. 

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub 15 İyun 2021, 16:17 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46 “Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik 15 İyun 2021, 13:43 Bakıda 4 nəfəri gürzə ilanı çalıb 15 İyun 2021, 13:39 “Ərdoğanın Şuşa səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir” – Milli Qəhrəman 15 İyun 2021, 13:34 Koçaryan: “Sülhməramlıların mandatını müddətsiz etməliyik” 15 İyun 2021, 13:30 Səfirdən təsirli paylaşım: “İndi “Şuşanın dağları”nı dinləmək zamanıdır” - VİDEO 15 İyun 2021, 13:25 Azərbaycan beynəlxalq alımdə qalib ölkə kimi tanınır 15 İyun 2021, 13:20 İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı - FOTOLAR 15 İyun 2021, 13:15 Cıdır düzü, Gövhər ağa məscidi, Vaqifin məqbərəsiƏrdoğan Şuşada daha haraları gəzəcək... 15 İyun 2021, 13:10
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?