Modern.az

“Azərbaycan əsgəri ömürlük Ermənistanda qalmayacaq” - Paşinyan

“Azərbaycan əsgəri ömürlük Ermənistanda qalmayacaq” - Paşinyan

Aktual

Bu gün, 12:20

Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistanın Sünik vilayətinin Şəki kəndinə daxil olması ilə bağlı araşdırma davam edir.

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də keçirdiyi brifinqdə bildirib.

Baş nazir Nəsimi Musayevin ömürlük Ermənistanda qalacağını da iddia edə bilməyəcəyini deyib.

Paşinyan qeyd edib ki, hazırda istintaq aparılır və məhkəmə keçirilməlidir. Son qərarı isə məhkəmə verəcək.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib.  
Ermənistantərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi