Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün artıq reallıq olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.
Paşinyan Azərbaycanla paraflanmış sülh sazişindən sitat gətirib:
“Tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər. Tərəflər digər tərəfin ərazi bütövlüyünün və ya siyasi birliyinin tam və ya qismən pozulmasına yönəlmiş heç bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, təşviqinə və ya dəstəklənməsinə yol verməyəcəklər”.
“Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır”, – Ermənistanın Baş naziri vurğulayıb.