Azərbaycanın sədrliyi ilə C6 formatında əməkdaşlıq əlavə impuls qazanacaq.
Modern.az xəbər verir ki, bu barədə Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
"Fürsətdən istifadə edərək, Azərbaycanı məşvərət görüşlərində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycanın rəhbərliyi altında formatımız çərçivəsində fəaliyyət əlavə impuls qazanacaq, qardaşlıq münasibətləri, əməkdaşlıq isə birliyin, etimadın və həmrəyliyin möhkəmlənməsinə töhfə verəcək",- Mirziyoyev deyib.