Modern.az

Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır - Qalmaqal

Sarqsyan seçicilərin səslərini rüşvətlə almağa çalışır - Qalmaqal

Aktual

13 İyun 2021, 21:25

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bü gün ölkənin keçmiş prezidenti Serj Sarqsyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

 

Məlumata əsasən, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

 

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!