Modern.az

Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir”

Səfir: “Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq istəyir”

İqtisadiyyat

27 İyul 2021, 10:10

“Koreya şirkətləri Azərbaycana sərmayə qoymaq, həmçinin Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdə iştirak etmək istəyir”.

 

Bunu Modern.az-a müsahibəsində Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tonq Op Kim deyib.

 

Onun sözlərinə görə, həmin layihələrdə başqa ölkələrin şirkətləri ilə rəqabət apararaq tenderlərdə iştirak edib, qalib gəlmək lazımdır:

 

“Hazırda Azərbaycanda Koreya şirkətlərinin az fəaliyyət göstərməsinin səbəblərindən biri şirkətlərimizin Azərbaycana marağının olmaması deyil, həmin tenderlərdə qalib gələ bilməməsidir.

 

Bundan başqa, Azərbaycan təbii sərvətləri, enerji ehtiyatı ilə zəngin olan ölkədir. Koreyanın da dünyaca məşhur mühəndislik şirkətləri var. Həmçinin başqa sahələrdə tanınan şirkətlərimiz çoxdur. Bu sahədə Koreya şirkətləri Azərbaycanda fəaliyyət göstərsə, çox böyük uğura imza atıla bilər”.

 

Qeyd edək ki, səfir Tonq Op Kimin müsahibəsinin tam variantını gün ərzində saytımızda oxuya bilərsiniz.

 

Aysel Məhərrəm

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı