Modern.az

Yanğınların gizli qəhramanlarının bir günü - FOTO

Yanğınların gizli qəhramanlarının bir günü - FOTO

5 Avqust 2021, 10:44

Qardaş Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir. Ölkənin müxtəlif bölgələrini əhatə edən yanğınların söndürülməsinə helikopter və təyyarələr də cəlb olunub. Bəzi ölkələrdən Türkiyəyə dəstək məqsədilə gələn pilotlar yanğınların söndürülməsində fədakarlıq nümayiş etdirirlər.

 

Bəs amansız yanğınla mübarizə aparan təyyarə pilotlarının bir günü necə keçir?

 

 

Manavqat bölgəsində yanğınların söndürülməsində iştirak edən pilotların bir günü

 

Antalyada meşə yanğınlarının söndürülməsinə havadan dəstək verən Ukraynanın AN-32 P tipli yanğınsöndürmə personalı gün ərzində alovla sözün əsl mənasında vuruşur. Yanğınsöndürən təyyarə səhər saatlarından havaya qaldırılır. 

 

 

Məlumata görə, Antalya Hava Limanında su və yanacaq götürən qruplar, yanğın koordinasiya mərkəzindən gələn koordinatlar üzərində hərəkətə keçirlər.

 

10 dəqiqə ərzində yanğın bölgəsinə çatan təyyarələr alovun lokallaşdırılmasına çalışırlar. Yenidən təchizat üçün Antalya aeroportuna qayıdan heyətin gərgin işi gün batana qədər davam edir.

 

Dəyişdirilə bilən 4 su çəni olan təyyarə yanğın söndürmədə fəal rol oynayaraq, bütün tankerlərdən eyni vaxtda və ya ardıcıl olaraq nizamlı su boşalda bilər.

 

 

Təyyarədə kimlər olur?

 

Koordinatlara əsasən hərəkət edən hər təyyarə alovların üzərinə minimum 8 ton su səpir.  Təyyarədə 2 kapitan, bir naviqasiya nümayəndəsi və bir uçuş mühəndisi olur.

 

“Koordinatlara uyğun olaraq yanğını söndürmək üçün əlimizdən gələni edirik. Alovlara ən yaxın nöqtəyə yaxınlaşırıq. Təyyarə su atandan sonra tez qalxırıq. Yüksək temperaturla üzləşirik. Yanğın bölgəsinə girəndə hava bizə təsir edir. Sıx dumana girdiyimiz üçün təyyarədəki qoxunu daha çox hiss edirik. Bununla birlikdə su da itiririk”, - deyə koordinator pilotu Fatih Düzgün bildirib.

 

Xatırladan ki, bu gün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyə Respublikasına yola düşüb. 

 

Aysel Məhərrəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı