Modern.az

Şəhid Səttar Mehdiyevin xatirəsi anılıb - FOTO

Şəhid Səttar Mehdiyevin xatirəsi anılıb - FOTO

Aktual

18 Avqust 2021, 16:50

Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Hacıqabul şəhər sakini Mehdiyev Səttar Raqif oğlunun doğum günü şəhidlər xiyabanında məzarı yanında anılıb.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri,  şəhidin yaxınları və bir qrup şəhər sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

 

Mərasim iştirakçıları rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri qoyublar.

 

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan mərasimdə idarə və təşkilatlar iştirak edərək şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

 

Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına qurandan ayələr oxunub, dualar edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok