Modern.az

Şəhid övladları “Xudayar təsnifi”ni Şuşada oxudu - VİDEO

Şəhid övladları “Xudayar təsnifi”ni Şuşada oxudu - VİDEO

24 Sentyabr 2021, 17:46

“Mənim atam qəhrəmandır” layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilmiş şəhid gizir Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

 

Modern.az xəbər verir ki, şəhid övladlarının könüllülərlə birlikdə “Xudayar təsnifi”ni oxuması hər kəsi kövrəldib.

 

Sonra X. Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə, Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir