Arxiv
24 Noyabr 2021, 13:12 | İQTİSADİYYAT
Gəlirlərin 90 faizi Bakıda formalaşırsa, regionlar necə inkişaf edir?

“Bakı və rayonlar arasındakı fərqin aradan qaldırılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, biznes payının əhəmiyyətli hissəsi paytaxtın payına düşür və sözsüz, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilmiş layihələrin əsas məqsədi əvvəlki mərhələlərdə infrastrukturun formalaşması ilə bağlı idi”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov büdcə gəlirlərinin 90 faizə yaxın hissəsinin Bakıda formlaşmasına münasibət bildirərkən deyib.

 

Deputat yeni mərhələdə infrastrukturun dəyərə çevrilməsi ilə bağlı islahatların davam etdirilməsi, daha çox investisiyanın cəlb edilməsinin priotitet məsələlərdən olduğunu qeyd edib:

 

“Paytaxtda biznes payının çox olmasının fərqli səbəbləri var. Bu həm də onunla bağlıdır ki, enerji, neft sektoru əsasən paytaxtdadır. Ona görə də paytaxt ümumi iqtisadiyyatın həcminə böyük təsir göstərir. Digər tərəfdən isə paytaxt iqtisadi baxımdan fərqlidir. İnfrastruktur baxımından bölgələrlə müqayisədə daha çox üstünlüyə malikdir”.

 

V.Bayramov regionların payının artırılmasının mərhələli şəkildə həyata keçiriləcək bir siyasət olduğunu bildirib:

 

“Çünki artıq yeni mərhələdə regionlarda formalaşmış infrastrukturun dəyərə çevrilməsi, investisiyanın cəlb edilməsi istiqamətinin sürətləndirilməsi olduqca vacibdir. Ona görə də növbəti mərhələdə, xüsusən də, rayonlarda yeni iş yerlərinin yaradılması, sərmayə qoyuluşunun artırılması istiqamətində intensiv tədbirlərin daha ünvanlı və sistemli fəaliyyətlərinin həyata keçirilməsinə ehtiyac var”.

 

Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü açıqlayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda koronavirusa görə bağlanan məktəb AÇILDI 29 Noyabr 2021, 10:03 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 29 Noyabr 2021, 10:00 Xaricdəki soydaşlarımızdan QARABAĞA köçmək istəyənlər var 29 Noyabr 2021, 09:55 595 nəfər toylara BURAXILMADI 29 Noyabr 2021, 09:50 Minaya düşən hərbçilərimizin ayaqları amputasiya edildi 29 Noyabr 2021, 09:47 Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi Bakıya toplaşacaq 29 Noyabr 2021, 09:42 Ötən günün cinayət STATİSTİKASI 29 Noyabr 2021, 09:36 “Taliban” Avropa ittifaqından yardım istədi 29 Noyabr 2021, 09:24 Türkmənistanın mediadan gizlədilən birinci ledisi - Onun fotosu ilk dəfə YAYIMLANDI 29 Noyabr 2021, 09:00 Bu gün "Qızıl top" mükafatının qalibi bəlli olacaq 29 Noyabr 2021, 08:31 Bu günün hava PROQNOZU 29 Noyabr 2021, 08:24 “Brent” neft BAHALAŞDI 29 Noyabr 2021, 08:12 İsrail sərhədləri bağlayır 29 Noyabr 2021, 08:07 “Omikron”un daha yoluxucu olması ilə bağlı sübutlar YOXDUR 29 Noyabr 2021, 00:50 Bayden və Putin ilin sonuna qədər danışa bilər 29 Noyabr 2021, 00:42 Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi 29 Noyabr 2021, 00:22 Əliyev Aşqabadda nəyə nail oldu? 29 Noyabr 2021, 00:04 Tovuzda ölümlə nəticələn ağır qəza 28 Noyabr 2021, 23:55 Spiker Ərəb Parlamentinin sədri ilə görüşdü 28 Noyabr 2021, 23:32 Sahibə Qafarova pakistanlı həmkarı ilə GÖRÜŞDÜ 28 Noyabr 2021, 23:18 Taliban avropalı diplomatlarla danışıqlar apardı 28 Noyabr 2021, 22:50 Deputatlar Qırğızıstan seçkilərini İZLƏDİLƏR 28 Noyabr 2021, 22:32 “Omikron”u öyrənmək üç həftə vaxt alacaq 28 Noyabr 2021, 22:08 Prezidentin Türkmənistana səfəri başa çatdı 28 Noyabr 2021, 21:47 Azərbaycan və Tacikistan Prezidentləri arasında görüş - YENİLƏNİB 28 Noyabr 2021, 21:44 İlham Əliyev və Ərdoğan görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:35 İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi 28 Noyabr 2021, 21:30 Rəisi Qarabağdan DANIŞDI 28 Noyabr 2021, 21:24 Türkiyədə koronavirusla bağlı son vəziyyət 28 Noyabr 2021, 21:16 İlham Əliyev və Rəisi görüşdü - YENİLƏNİB 28 Noyabr 2021, 21:00 "Omikron" bu dəfə Danimarkada 28 Noyabr 2021, 20:56 Çexiyada yeni hökumət rəhbəri 28 Noyabr 2021, 20:44 “Qalatasaray”ın sabiq prezidenti vəfat etdi 28 Noyabr 2021, 20:16 Qırğızıstan seçkilərinin ilkin nəticələri 28 Noyabr 2021, 19:52 İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ 28 Noyabr 2021, 19:45
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?