Modern.az

Sərkisyanın andiçmə mərasiminin vaxtı məlum oldu

Sərkisyanın andiçmə mərasiminin vaxtı məlum oldu

27 Fevral 2013, 19:48



İkinci dəfə Ermənistanın prezidenti seçilən Serj Sərkisyanın inaqurasiyası aprelin 9-da keçiriləcək. Modern.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ovik Abramyan məlumat verib.

O.Abramyan bildirib ki, inaqurasiyadan sonra hökumətdə kadr dəyişikləri olacaq. “Amma bu o demək deyil ki, baş nazir Tiqran Sarkisyan dəyişiləcək”.

Qeyd edək ki, Serj Sərkisyan bu il fevralın 18-də keçirilmiş seçkilərdə 58,64 faiz səs yığmaqla ikinci dəfə Ermənistanın prezidenti seçilib.

Aytən Əliyeva  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir