Modern.az

Milli Qəhrəmandan “EL”açıqlaması: “Neçə il BAXCP-də olduq bütövləşmə görmədik”

Milli Qəhrəmandan “EL”açıqlaması: “Neçə il BAXCP-də olduq bütövləşmə görmədik”

Ölkə

16 Mart 2013, 11:50

“Qüdrət Həsənquliyevi güclə deputat seçdik”

“Neçə ildir ki, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasındayıq. Bu neçə ildə biz orda heç bir bütövləşmə, birlik görmədik” Bunu deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalqa Cəhbəsi Partiyasının (BAXCP) Goranboy rayon təşkilatının sədri, Milli Qəhrəman Maşallah Abdullayev Modern.az-a açıqlamasında bildirib. Milli Qəhrəman BAXCP-nin Goranboy təşkilatının istefa verdiyini təsdiqləyib. M.Abdullayev istefa etmələrinin səbəbini partiyadakı ayrı -seçkiliklə bağlı olduğunu deyib.

“Bəli, bizim təşkilat “El” hərəkatına qoşulduq. Neçə ildir ki, Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasındayıq. Bu neçə ildə biz orda heç bir bütövləşmə görmədik. Hərə bir cəbhə yaratdı, hərə bir tərəfə yönəldi. Erməni torpaqlarımızı işğal elədiyi bir vaxtda burda heç bir birliyin şahidi olmadıq. Biz də oturub məsləhətləşib qərar verdik ki, “El” hərəkatına qoşulaq”-deyə M.Abdullayev bildirib.

“El” hərəkatına qoşulduqlarını bəyan edən Milli Qəhrəman bu qərarlarının BAXCP rəhbərlyi tərəfindən xoş qarşılanmayacağını vurğulayıb:

“BAXCP rəhbərliyinin də yəqin ki, münasibəti xoş olmaz. Mən Zöhrab bəylə danışdım. Ona bildirdim bu haqda onunla yaxşı münasibətlərimiz olub, dəfələrlə çörək kəsmişəm. O da məndən incimədi. Dedim ki, vəziyyət belədir. Bildiyimiz kimi, biz Qüdrət Həsənquliyevi çox çətinliklə deputat seçdik. Amma partiyada hamı  bir-biri ilə qarşıdurma yaratdı, ayrıseçkilik oldu. Bizdə düzgün qərar verdik. Partiyada istefa verdik. İnanıram bundan sonrakı fəaliyyətimiz daha uğurlu olacaq”.

Qeyd edək ki,  BAXCP-nin Goranboy rayon təşkilatının sədri, milli qəhrəman Maşallah Abdullayev EL hərəkatının təşkilat komitəsinin üzvüdür.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir