Modern.az

Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı AÇIQLANDI

Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı AÇIQLANDI

Ölkə

27 İyul 2026, 14:40

2026-cı ilin birinci yarımilində 331 işəgötürən tərəfindən ümumilikdə 815 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

Qeyd edək ki, işçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) elektron qaydada rəsmiləşdirilir.

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...