Zərdab rayonunda şəhid anası dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, Birinci Qarabağ müharibəsi şəhidi Rahib Köçəriyevin anası Tükəzban Köçəriyeva vəfat edib.
Qeyd edək ki, Rahib Köçəriyev 1992-ci ilin əvvəlində hərbi xidmətə gedib. O, Füzuli və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. 15 aprel 1994-cü ildə Ağdam rayonunun əraziləri uğrunda gedən döyüşlərdə şəhid olub.