Modern.az

Rektor həbs edildi

Rektor həbs edildi

Dünya

21 İyul 2026, 17:40

Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru Nurlan Serqaliyev saxlanılıb. 

Modern.az xəbər verir ki, Elm və Ali Təhsil Nazirliyi saxlanılma faktını təsdiqləyib.

Nazirlik səbəbləri və detalları hələlik açıqlanmayıb.

Serqaliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. Həmçinin onun ofisində və evində axtarış aparıldığı bildirilib.

Həbs Milli Təhlükəsizlik Xidməti Departamentinin Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilib. (Unikal.az)

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri