Modern.az

Magistraturada plan yerləri dolmayacaq - Səbəblər AÇIQLANDI

Magistraturada plan yerləri dolmayacaq - Səbəblər AÇIQLANDI

Təhsil

Bu gün, 12:56

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb. Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul üzrə ixtisas seçimin prosesini bu gün saat 13:00-da yekunlaşdıracaq.

İyulun 27-si saat 09:00-a olan məlumata əsasən, 15 633 bakalavr ixtisaslaşma seçimini təsdiqləyib. Onlardan 14 251 nəfər Azərbaycan bölməsi, 1 382 nəfər isə rus bölməsi üzrə seçim edib.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Ramin Nurəliyev prosesin gedişatını şərh edib.

O qeyd edib ki, magistratura imtahanı üçün qeydiyyatdan keçənlərin sayı 23000 ətrafında olub.

Bu il magistratura üçün plan yerlərinin sayı isə 17688-dir.

Ekspert xatırladıb ki, magistraturanın ixtisas seçiminə buraxılan və müsabiqə şərtlərini ödəmiş abituriyentlərin sayı 15640 ətrafındadır.

O, hər il 3000-5000 ətrafında plan yerlərinin boş qalmasından təssüfləndiyini vurğulayıb.

Bəs plan yerləri niyə boş qalır?

R.Nurəliyevin cavabı belə olub:

“Çünki magistraturaya gənclərin marağı aşağı səviyyədədir. Akademik karyeranı inkişaf etdirmək istəyənlər azalmaqdadır.
Magistratura imtahanı modeli gənclərin az iştirakını təmin edir. İxtisas fənni üzrə sualların olmaması ciddi problemdir. Humanitar fənni bitirənlərin ümidsizliyi var.
Əmək bazarı magistratura dərəcəsinə vacib amil kimi baxmır, çox da önəm vermir. Xüsusi imtiyazlar verilmir”.

Ekspert deyib ki, bəzi magistratura ixtisaslarında düzəlişlər edilməlidir, işəgötürənlər magistr dərəcəsinə önəm verməlidir, əmək haqqı buna uyğun tənzimlənməlidir.

“Magistratura alimlik dərəcəsinə gedən yolun başlanğıcıdır. Gənclərimiz bu sahədə maraqlı olmalıdır. Əks təqdirdə, gələcəkdə universitetlərimizdə ixtisaslı mütəxəssislərin sayı azala bilər. Ölkəmiz günü gündən inkişaf edir, yeni ali təhsil müəssisələri açılır. Gələcəkdə bu sahəyə tələbat çoxalacaq. Gənclərimiz bunu mütləq diqqətə almalıdır”, - R.Nurəliyev qeyd edib.

Təhsil eksperti buliki ixtisas seçinin nətiləri barədə proqnozunu da bölüşüb:

"Magistratura üzrə proqnozum bu yöndədir:

Əksər ixtisaslar üzrə 58 + bal toplayanların müraciət etdiyi ixtisaslarda ballar düşəcək.

55-58 bal arası ballar sabit görünür.

55 baldan aşağı bir çox ixtisaslarda balların 3-6 bal artması gözlənilir".

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr