Modern.az

İslamşünaslıq ixtisasını seçən abituriyentlərin nəzərinə!

İslamşünaslıq ixtisasını seçən abituriyentlərin nəzərinə!

Təhsil

Bu gün, 14:44

Azərbaycan İlahiyyat İnsitutunun  İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- İmtahana buraxılış vərəqəsi;

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 30 iyul - 2 avqust 2026-cı il tarixlərində Azərbaycan  İlahiyyat İnstitunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin dini mənəvi xidmət  ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr