Modern.az

Qələndər Muxtarlı: “Siyasi fəaliyyətimdə müəyyən yanlışlıqlar olub” - ETİRAF

Qələndər Muxtarlı: “Siyasi fəaliyyətimdə müəyyən yanlışlıqlar olub” - ETİRAF

Təhsil

27 Yanvar 2014, 12:24


“Toplantı keçirilməsi və orada hansısa qərarın verilməsi mənim üçün əhəmiyyətsizdir. Bu məsələləri ciddi qəbul etmirəm. Proseslərlə bağlı da danışmaq istəmirəm. Mənim üçün başqa dəyərlər, meyarlar əsasdır. Bu da ondan ibarətdir ki, bütün baş verənlər Azərbaycan siyasətinin yeni keyfiyyət halıdır”.

Bunu Modern.az-a Azərbaycan Milliyətçi Demokratik Partiyasının (AMDP) sabiq sədri Qələndər Muxtarlı partiyadan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, AMDP-nin Təşkilat Komitəsi yanvarın 26-da keçirilən iclasında qurultaya hazırlıq, partiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. AMDP üzvləri sabiq partiya sədri Qələndər Muxtarlının faəliyyətini tənqid ediblər və onun partiyadan xaric olunması təklifini irəli sürüblər. Təklif səsə qoyulub və Qələndər Muxtarlı partiyadan xaric olunub.

Sabiq partiya sədri bildirib ki, siyasi fəaliyyətini bundan sonra da davam etdirəcək: “Siyasi fəaliyyətimi ciddi şəkildə genişləndirməyə çalışıram. Düşünürəm ki, həyatımın böyük bir hissəsi yanlışlığa yol vermişəm, siyasi fəaliyyətimdə də müəyyən yanlışlıqlar olub, bunu etiraf edirəm. Hazırda siyasi proseslərdə olmayan dostlarım belə, baş verənləri görüb, bizə dəstək olurlar”.

Q.Muxtarlı onun bundan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) fəaliyyət göstərəcəyi ilə bağlı iddialara da münasibət bildirib: “Tamamilə yanlış, düşüncəsi, savadı aşağı səviyyədə olan insanların uydurmalarıdır. Mən hansısa partiyaya keçəsi deyiləm. Bizim cameənin nəzərdə tutduğu siyasi fəaliyyət ölkədə siyasi mübarizənin bir xəttidir. Biz bu cür mübarizəmizi aparacağıq və Azərbaycanın demokratikləşməsi istiqamətində öz töhvəmizi verəcəyik. Bizim üçün ən böyük töhvə Azərbaycanda Milli Şura kimi bir qurumun formalaşması və Cəmil Həsənli kimi ziyalının quruma rəhbərlik etməsidir”.

İlkin

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir