Modern.az

Türkiyəli şagirdlər BMU-da

Türkiyəli şagirdlər BMU-da

Təhsil

15 Aprel 2026, 14:12

Türkiyənin Antalya Altın Kanadlar Havacılık Liseyinin (AHL) müəllim-şagird heyəti Bakı Mühəndislik Universiteti (BMU) ilə tanış olub.

Modern.az xəbər verir ki, Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq çərçivəsində gerçəkləşən ziyarətdə 58 nəfərdən ibarət türkiyəli müəllim və şagirdlər BMU-nun tədris və tədqiqat infrastrukturu ilə yaxından tanış olmaq inkanı əldə ediblər.

Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və Texnoparkında aparılan təcrübə və startapları əyani şəkildə izləyiblər. BMU-nun akademik heyəti tərəfindən universitetin təhsil modeli, beynəlxalq əməkdaşlıq imkanları və innovativ yanaşmaları barədə ətraflı məlumat verilib.

İnnovativ layihələr və startaplar, aparılan müxtəlif təcrübələr, ümumilikdə təhsil mühiti heyət tərəfindən maraqla qarşılanıb.

Tanışlıq zamanı əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, bu, AHL heyətinin BMU-ya sayca ücüncü səfəridir. Ötən il daxil olmaqla, liseyin 130-dan artıq şagirdi BMU-nu ziyarət edib, universitetin tədris proqramları, texnoloji imkanları ilə tanış olub.

15132281513227151322615132241513225

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi