İran Hörmüz boğazı ilə bağlı təklifi rədd etdi.
Modern.az xəbər verir ki, İran BƏƏ-nin Hörmüz boğazında “təhlükəsiz dəniz dəhlizi” yaradılması ilə bağlı təklifini qəbul etməyib.
Məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsinin müavini Pouria Kolivand bu təşəbbüsü hüquqi baxımdan əsassız adlandırıb.
O bildirib ki, belə bir dəhlizin yaradılması İran kimi əsas sahilyanı dövlətlə razılaşdırılmalıdır.
Kolivandın sözlərinə görə, İran düşmən hesab etdiyi gəmilər üçün boğazı bağlasa da, neytral gəmilərin təhlükəsizlik qaydalarına əməl etməklə və razılaşma əsasında keçidinə icazə verir.
Qeyd edək ki, regionda artan gərginlik fonunda Hörmüz boğazı ətrafında vəziyyət beynəlxalq diqqət mərkəzində qalır.