İspaniya 500 min qeyri-qanuni miqranta hüquqi status verəcək
Modern.az xəbər verir ki, İspaniya hökuməti təxminən 500 min qeyri-qanuni miqranta hüquqi status verilməsini nəzərdə tutan planı təsdiqləyib. Yeni təşəbbüsə əsasən, həmin şəxslərə bir il müddətinə verilən və sonradan yenilənə bilən yaşayış icazəsi təqdim olunacaq.
Qaydalarına görə, bu imkandan yararlanmaq istəyən şəxslər ən azı beş ay İspaniya ərazisində yaşamış olmalı və hər hansı cinayət məsuliyyəti daşımamalıdır.
İspaniyanın Baş naziri Pedro Sançes təşəbbüsü “ədalət aktı” kimi qiymətləndirib. Onun sözlərinə görə, miqrantlar artıq cəmiyyətin bir hissəsinə çevriliblər və əhalisi qocalan ölkə iqtisadiyyatı üçün vacib rol oynayırlar.