Modern.az

Yazardan Təhsil Nazirliyinə qeyri-adi təklif: “Bu fəlakətin qarşısını tez almalıyıq”

Yazardan Təhsil Nazirliyinə qeyri-adi təklif: “Bu fəlakətin qarşısını tez almalıyıq”

26 Sentyabr 2015, 15:44

"Milli Məclisə, Təhsil Nazirliyinə və mövzu ilə bağlı digər səlahiyyətli qurumlara təklifim var. Yapon məktəbindən çəkilmiş bir şəkildə çox ibrətamiz metoddan istifadə edilir: partaya qoyulmuş süni maneə şagirdlərin yazı yazarkən qarşı tərəfə çox əyilməsinə imkan vermir və bununla da onların onurğa sütununun düzgün inkişafı təmin edilir. Azərbaycanda da bu üsuldan istifadə edilərsə, çox sevindirici olar. Beləliklə, sağlam gələcəyimizi formalaşdırmaq üçün çox önəmli bir addım atmış olarıq”.

Bunu Modern.az saytına açıqlamasında şair, jurnalist Əvəz Qurbanlı təklif olaraq irəli sürüb. Onun fikrincə, ilkin baxışdan o qədər də ciddi problem kimi görünməyən bu məsələ sonradan özünün mənfi fəsadlarını göstərir. Odur ki, həmən ciddi tədbirlər görülsə, bu daha çox səmərə verər:

“Qlobal yeniliklərin, inkişaf edən texnologiyaların müasir insanı daha çox oturaq işə vadar etdiyi bir dövrdə bel-onurğa xəstəliklərinin kəskin artması bütün dünyada olduğu kimi, Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Bu fəlakətin qarşısını almaq üçün indidən tədbirlər görməliyik ki, sonra bədəlini ağır şəkildə ödəməyək".

 

Elmin NURİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!